featured-image-49215

Futbol üzrə Türkiyə millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

Msport.az xəbər verir ki, baş məşqçi Vinçenzo Montella turnirə aparacağı oyunçuları açıqlayıb.

O, Çağlar Söyüncü (“Fənərbağça”), Ozan Kabak (“Hoffenhaym”) və Enes Ünal (“Bornmut”) zədəli olduğu üçün heyətdən kənarlaşdırıb.

İlk hazırlıqlarda iştirak edən Abdülkadir Ömür (“Hall Siti”), Doğan Alemdar (“Trua”), Cenk Özkacar (“Valensiya”), Berat Özdemir (“Trabzonspor”), Can Uzun (“Nürnberq”) və Oğuz Aydın (“Alanyaspor”) da 26 nəfərlik heyətdə yer almayacaq.

Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”), Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Mert Müldür, Ferdi Kadıoğlu (hamısı “Fənərbaxça”), Zeki Çelik (“Roma”), Abdülkerim Bardakcı (“Qalatasaray”), Ahmetcan Kaplan (“Ayaks”), Samet Akaydın (“Panatinaikos”), Merih Demiral (“Əl-Əhli”);
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (“İnter”), İsmail Yüksek (“Fənərbaxça”), Kaan Ayhan (“Qalatasaray”), Okay Yokuşlu (“Vest Bromviç”), Orkun Kökçü (“Benfika”), Salih Özcan (“Borussiya” Dortmund);
Hücumçular: İrfan Can Kahveci (“Fənərbaxça”), Arda Güler (“Real”), Yunus Akgün (“Lester”), Kenan Yıldız (“Yuventus”), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz (“Qalatasaray”), Bertuğ Yıldırım (“Renn”), Cenk Tosun, Semih Kılıçsoy (ikisi də “Beşiktaş”), Yusuf Yazıcı (“Lill”);

Qeyd edək ki, AVRO-2024-də Türkiyə millisi F qrupunda yer alıb. “Ay-ulduzlular”ın rəqibləri Çexiya, Gürcüstan və Portuqaliya komandaları olacaq.

Bənzər xəbərlər