featured-image-47064
“Bavariya”nın vingeri Kinqsli Koman Almaniya Bundesliqasının XXIX turunda “Köln”lə keçirilən oyunda zədələnib.
Msport.az xəbər verir ki, qarşılaşmanın 50-ci dəqiqəsində əvəzlənən fransalı futbolçu AVRO-2024-ü buraxa bilər.
Koman qitə birinciliyinin startına kimi sağalacağına ümid etmir. Bu üzdən onun əvəzinə Avropa çempionatına başqa oyunçunun çağırılması gözlənilir. Bu, ya PSJ-li Bredli Barkola və ya “Aston Villa”lı Musa Diabi olacaq.
Qeyd edək ki, AVRO-2024 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək.

Bənzər xəbərlər