featured-image-49740

Almaniyada keçirilən Avro-2024-də E qrupunda daha bir oyun olub. Msport.az xəbər verir ki, ilk oyunda Rumıniyaya uduzmuş Ukrayna millisi Slovakiya ilə qarşılaşıb.

Sergey Rebrovun rəhbərlik etdiyi komanda Düsseldorfda keçirilən görüşdə əzmkar qələbə qazanıb.

Slovakiya 17-ci dəqiqə İvan Şranzın vurduğu qolla hesabda önə keçsə də, fasilədən sonra Mikola Şarapenko bərabərliyi təmin edib. Ukraynaya qələbə gətirən qolu isə matçın 80-ci dəqiqəsində Roman Yaremçuk vurub.

Rumıniya, Slovakiya və Ukraynanın 3 xalı var. Slovakiyanın aktivində xal yoxdur. Qeyd edək ki, Belçika və Rumıniyakomandaları 1 oyun keçiriblər.

Bənzər xəbərlər