Avro-2024-ün 10 ən gözəl qolu: "Üçlük"də iki türkiyəli futbolçu var
UEFA azarkeşlərin səsverməsinə əsasən Avro-2024-də vurulan 10 ən gözəl qolu açıqlayıb. Msport.az xəbər verir ki, 10 ən yaxşı qol əvvəlcə Avropa futbol qurumunun işçiləri tərəfindən seçilib, daha sonra səsverməyə çıxarılıb.
Türkiyə millisinin üzvü Mert Müldürün Gürcüstanla oyunda (3:1) vurduğu qolu 1-ci olub. 2-ci yeri İspaniya seçməsinin gənc ulduzu Lamin Yamalın pley-offda Fransanın qapısından keçirdiyi qol tutub. 3-cü sırada da Türkiyə yığmasının üzvünün qoludur. Arda Gülərin Gürcüstanla görüşdə vurduğu qolu azarkeşlər 3-cü seçiblər.
Azarkeşlərin seçiminə əasən Avro-2024-ün 10 ən gözəl qoluna bu linkdən baxa bilərsiz: