AVRO-2024-ün açılış oyununun hakimləri
Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.
Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisar əyləşəcək. Onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaq.
Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya – Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.