AVRO-2024-ün ilk matçında iştirak etməyəcək
İspaniya millisinin müdafiəçisi Aymerik Laport AVRO-2024-ün birinci oyununda iştirak etməyəcək
Msport.az “AS” nəşrinə istinadən xəbər verir ki, o, millinin son məşqində zədə səbəbindən buraxıb.
Əzələsində problem yaşayan Laport bərpa kursu keçməkdədir.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-ə qədər Almaniyada keçiriləcək.
İspaniya iyunun 15-də ilk görüşünü Xorvatiyaya qarşı oynayacaq.