Gürcü futbolçunun “Roma”ya keçidi alınmadı
“Empoli”nin mərkəz müdafiəçisi Saba Qoqliçidze qış transfer pəncərəsində “Roma”ya keçə bilərmiş.
Msport.az xəbər verir ki, bu barədə 20 yaşlı futbolçunun agenti məlumat verib.
“Roma” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdıq, lakin klublar təzminatla bağlı razılığa gələ bilmədilər. Bu səbəbdən sövdələşmə uğursuz oldu”, – deyə menecer bildirib
Qoqliçidze Kutaisi “Torpedo”sunun yetirməsidir. 2024-cü ilin əvvəlində “Empoli”yə keçən müdafiəçi bu mövsüm A Seriyasında 20 oyun keçirib.