Avrokuboklarda VAR-lı oyunların sayı artacaq
UEFA bu mövsüm avrokubokların təsnifat mərhələlərində Video Köməkçi Hakimdən (VAR) istifadə edəcək.,
Msport.az xəbər verir ki, Avropa Liqasının III təsnifat və Konfrans Liqasının pley-off mərhələsindən etibarən yeni texnologiya tətbiq olunacaq.
VAR-ın adıçəkilən turnirlərin qrup mərhələsində də tətbiq ediləcəyini nəzərə alsaq, sistemin əhatə etdiyi Avropa Liqası oyunlarının sayı 26 faiz (36 oyun), Konfrans Liqasında isə 311 faiz (140 oyun) artacaq.
Həmçinin, ilk dəfə olaraq Çempionlar Liqasının bütün seçmə mərhələlərində VAR-dan istifadə olunur.
Qərara əsasən, 2024/2025 mövsümündən etibarən VAR Avropa Liqasının I təsnifat mərhələsindən tətbiq olunacaq.
Bu sistemdən Konfrans Liqasının pley-off mərhələsindən əvvəl də istifadə olunması istisna edilmir.







