featured-image-16195

Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulub. Msport.az xəbər verir ki, sonuncu turda ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutub.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” Polşada Kiyev “Dinamo”su ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. B qrupunun digər maçtında “Renn” AEK-i (Larnaka) qəbul edib. Bu görüşdə isə qalib müəyyənləşməyib. “Fənərbaxça” qrup lideri olubsa, “Renn” ikinci yerlə kifayətlənib.

Qonşu ölkənin digər komandası “Trabzonspor” “Ferentsvaroş”u minimal hesabla üstələyib. H qrupunda “Monako” – “Srvena Zvezda” matçı da baş tutub. Liqa 1 təmsilçisi darmadağına sevinməklə qrup ikincisi olub. Türkiyə klubu isə Avroliqa ilə vidalaşıb.

Qrup mərhələsinin tamamında “Arsenal”, PSV, “Fənərbaxça”, “Renn”, “Betis”, “Roma”, “Yunion”, “Union Berlin”, “Real Sosyedad”, “Mançester Yunayted”, “Feyenoord”, “Midtyulland”, “Frayburq”, “Nant”, “Ferentvaroş” və “Monako” pley-offa vəsiqə qazanıb. Qruplarında üçüncü olan “Bodo Qlimt”, AEK (Larnaka), “Ludoqorets”, “Braqa”, “Şerif”, “Latsio”, “Qarabağ” və “Trabzonspor” isə mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
3 noyabr

A qrupu

Arsenal (İngiltərə) – Sürix (İsveçrə) 1:0
Qol: Tirni, 17.

Bodo Qlimt (Norveç) – PSV (Niderland) 1:2
Qol: Zuqel, 90+3 – Sampsted, 36-öz qapısına. Bakayoko, 52.

Xal: Arsenal – 15. PSV – 13. Bodo Qlimt – 4. Sürix – 3.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə) 0:2
Qol: A.Gülər, 23. Arao, 45+2.

Renn (Fransa) – AEK (Larnaka, Kipr) 1:1
Qol: Abline, 17 – R.Lopes, 76.

Xal: Fənərbaxça – 14. Renn – 12. AEK – 5. Dinamo – 1.

C qrupu

Roma (İtaliya) – Ludoqorets (Bolqarıstan) 3:1
Qol: Pelleqrini, 56-pen; 65-pen. Zaniolo, 85 – Rik, 41.

Betis (İspaniya) – HJK (Finlandiya) 3:0
Qol: Ruibal, 20; 40. Fekir, 90+3.

Xal: Betis – 16. Roma – 10. Ludoqorets – 7. HJK – 1.

D qrupu

Yunion (Belçika) – Union Berlin (Almaniya) 0:1
Qol: Mişel, 6.

Braqa (Portuqaliya) – Malmö (İsveç) 2:1
Qol: Horta, 36. Djalo, 55 – Seydu, 77.

Xal: Yunion – 13. Union Berlin – 12. Braqa – 10. Malmö – 0.

E qrupu

Real Sosyedad (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Qarnaço, 17.

Şerif (Moldova) – Omoniya (Kipr) 1:0
Qol: Akanbi, 88.

Xal: Real Sosyedad – 15. Mançester Yunayted – 15. Şerif – 6. Omoniya – 0.

F qrupu

Midtyulland (Danimarka) – Şturm (Avstriya) 2:0
Qol: Dreyer, 15; 72.

Feyenoord (Niderland) – Latsio (İtaliya) 1:0
Qol: S.Ximenes, 64.

Xal: Feyenoord – 8. Midtyulland – 8. Latsio – 8. Şturm – 8.

G qrupu

Qarabağ (Azərbaycan) – Frayburq (Almaniya) 1:1
Qol: K.Ovusu, 90+1 – N.Petersen, 25-pen.

Olimpiakos (Yunanıstan) – Nant (Fransa) 0:2
Qol: M.Məhəmməd, 79. L.Blas, 90.

Xal: Frayburq – 14. Nant – 9. Qarabağ – 8. Olimpiakos – 2.

H qrupu

Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan) 1:0
Qol: Bakasetas, 7.

Monako (Fransa) – Srvena Zvezda (Serbiya) 4:1
Qol: Volland, 5; 27; 87. Rodiç, 50-öz qapısına.

Xal: Ferentsvaroş – 10. Monako – 10. Trabzonspor – 9. Srvena Zvezda – 6.

Bənzər xəbərlər