featured-image-821

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Msport.az xəbərinə görə,  sərbəst güləşçilərin yarışında mübarizə aparan dağıstanlı milliləşdirilmiş idmançımız Abubakr Abakarov (86 kq) final görüşünə çıxıb. O, həlledici görüşdə San Marino təmsilçisi Miles Nazim Aminə 5:9 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

Turan Bayramov (74 kq) bürünc medal görüşünə çıxıb. Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Bayramov Avropa üçüncülüyünü qazanıb.

Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal uğrunda görüşdə ispaniyalı Damian İqlesias Vielelanı tam üstünlüklə məğlub edib.

Beləliklə, sərbəst güləşçilər yarışı ümumilikdə 7 medalla başa vurublar. Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıblar.

Bənzər xəbərlər