featured-image-85278

“Sabah”a vurduğum qol mənim üçün çox böyük əhəmiyyət daşıyır. Qələbəyə kömək etdiyim üçün komandam adına xoşbəxtəm. Üç xal qazandığımız üçün sevinə bilərik”.

Msport.az xəbər verir ki, bunu “Barselona”nın futbolçusu Karim Adeyemi deyib.

İspaniya nəhəngi Çempionlar Liqasının 5-ci turunda Bakıda “Sabah”ı 4:1 hesabı ilə məğlub edib. Qarşılaşmada bir qolun müəllifi olan Adeyemi komanda yoldaşı Entoni Qordonun çıxışını xüsusi qeyd edib: “Doğma meydandan uzaqda oynamaq həmişə çətindir. Rəqib yaxşı mübarizə apardı və çox motivasiyalı idi. Qordonun oyunu çox yaxşı alındı. Komandamız və onun adına sevinirəm. Ümid edirəm ki, daha çox qol vurmağa davam edəcək”.

Almaniyalı vinger Lamin Yamalın yoxluğuna toxunaraq “Barselona”nın heç bir futbolçudan asılı olmamalı olduğunu vurğulayıb: “O, vacib futbolçudur və biz onu əvəzləmək üçün kifayət qədər keyfiyyətə malikik. “Barselona”da mövqeyindən asılı olmayaraq, hər zaman alternativ oyunçular olmalıdır. Heç kimdən asılı olmamalı və heç kimdən qorxmamalıyıq. Biz bura qalib gəlmək üçün gəlmişik və hər oyunda qələbə qazanmaq istəyirik”.

Bənzər xəbərlər