featured-image-41711

Almaniyanın “Union” klubunda çıxış edən Leonardo Bonuççi karyerasını Türkiyədə davam etdirə bilər.

Msport.az “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, “Fənərbağça” 36 yaşlı futbolçu ilə maraqlanır.

İstanbul təmsilçisinin italiyalı müdafiəçi ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Leonardo Bonuççi 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionu olub. O, karyerası ərzində “Yuventus” və “Milan” klublarının da formasını geyinib.

Bənzər xəbərlər