featured-image-51801

“Atletik”in hücumçusu Niko Uilyams gələcəyi ilə bağlı fikrini dəyişib.

Msport.az xəbər verir ki, gənc futbolçu bu yay “Barselona”ya keçmək qərarını təxirə salmaq qərarına gəlib.

Belə ki, Avropa çempionu daha bir il Bilbao təmsilçisində qalmaq niyyətindədi. Uilyam yalnız gələn yay “Barselona”ya keçməyi planlaşdırır. 22 yaşlı forvardın hazırda təzminat məbləği 58 milyon avrodu. Ancaq klubu ilə yeni sazişə qol çəksə, transfer qiyməti 100 milyon avroya yüksələcək.

Qeyd edək ki, Niko Uilyams ötən mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib, 10 qol vurub, 24 məhsuldar ötürmə verib. Onun “Atletik”lə müqavilə müddəti 2027-ci ilin yayına kimidi.

Bənzər xəbərlər