Avropa çempionu Meksika klubunda
Msport.az xəbər verir ki, portuqaliyalı Vilyam Karvalyo karyerasını bu ölkədə davam etdirəcək.
“Betis”dən azad agent kim ayrılan dayaq yarımmüdafiəçisi “Paçuka”da çıxış edəcək. 33 yaşlı Anqola əsilli oyunçu ilə 2 illik müqavilə bağlanıb. “Sportinq” yetirməsi karyerasının son 7 ilini İspaniyada keçirib.
Qeyd edək ki, Vilyam Karvalyo 2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olub.