"Avropa futboluna qayıtmayacam" - Kriştiano Ronaldo
Kriştiano Ronaldo bildirib ki, bir daha Avropa klublarında oynamayacaq. Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu “köhnə qitə”də liqaların səviyyəsinin aşağı düşdüyünü iddia edib:
“Mən Avropa futboluna qayıtmayacam. Qapı birdəfəlik bağlanıb. Mənim 38 yaşım var, həm də Avropada futbolun səviyyəsi xeyli aşağı düşüb. Yeganə yaxşı liqa – İngiltərə Premyer Liqasıdır. Onların səviyyəsi digərlərindən xeyli fərqlənir”.
Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu ötən mövsümün bir hissəsini “Mançester Yunayted”də keçirib. DÇ-2022-dən əvvəl onun qalmaqallı müsahibəsi səbəbindən “qırmızı şeytanlar” futbolçudan imtina ediblər.
Daha sonra Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçib.
ANAR







