featured-image-28675

UEFA Prezidenti Aleksandr Çeferin bildirib ki, Avropa futbolunda əməkhaqqı limiti tətbiq edilə bilər. Msport.az BBC-yə istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbəri bütün klubların bunu dəstəklədiklərini söyləyib:

“Təəccüblü olsa da, hamı bununla razıdır. Böyük və kiçik klublar, dövlətin nəzarətində olan komandalar, milyarderlərin nəzarətində olanlar – hər kəs bu məsələdə həmrəydir.

Gələcəkdə biz maaş limiti barədə ciddi düşnməliyik. Əgər büdcələr fantastik dərəcədə yüksəlsə, o zaman rəqabətli balansı qorumaq problem olacaq. Hər zaman 5-6 klub qalib gəlsə, bütün bunlar öz əhəmiyyətini itirəcək.

Ancaq bu məsələdə kollektiv razılıq olmalıdr, UEFA və bütün liqalar. Ümid edirəm ki, qısa vaxt ərzində bunu reallaşdıra biləcəyik.

2024-cü ildən sonra yeni qaydalar işə düşəcək. Gəlirlərin 70 faizini maaşlara və transfer xərclərinə ödəmək olacaq. Amma bu da yetərli deyil. Çünki 5 milyard gəlirdən 70 faiz də həddən artıq böyük rəqəmdir”.

ANAR

 

Bənzər xəbərlər