Avropa klubları türkiyəli futbolçunu istəyir
Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Mustafa Hekimoğlu karyerasını ölkə xaricində davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
17 yaşlı hücumçu İspaniya, İngiltərə, İtaliya və Fransa komandalarının gündəmindədir. Hətta gənc forvard üçün İstanbul təmsilçisinə təklifin gəldiyi də vurğulanıb.
“Ağ-qaralar” isə yalnız astronomik təklif gələcəyi təqdirdə futbolçusunu satacaq.