featured-image-23190

“Barselona” – “Mançester Yunayted” oyununda Avropa Liqasının yeni rekordu müəyyənləşib.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Kamp Nou” stadionunda matçı 90 255 azarkeş izləyib.

Bu qarşılaşma azarkeş sayı baxımından Avropa Liqasının yeni rekordunu müəyyənləşdirib.  Əvvəlki rekord 2917-ci il fevralın 23-də qeydə alınmışdı. Həmin vaxt “Uembli”də 1\16 final mərhələsinin “Tottenhem” – “Gent” matçına baxmağa 80 465 adam gəlmişdi.

Qeyd edək ki, Avropa Liqasının 1\16 final mərhələsinin ilk oyununda “Barselona” öz meydanında “Mançester Yunayted”lə bərabərə qalıb – 2:2.

Cavab görüşü fevralın 23-də Mançesterdə keçiriləcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər