Avropa Liqası: “Mançester Yunayted” ev, “Tottenhem” səfər sınağında
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsi başa çatacaq.
Msport.az xəbər verir ki, baş tutacaq oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar bəlli olacaq.
İngiltərə təmsilçilərindən “Mançester Yunayted” evdə, “Tottenhem” isə səfərdə çıxış edəcək.
UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 0:0
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Lion” (Fransa)
İlk oyun – 2:2
23:00. “Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:1
23:00. “Latsio” (İtaliya) – “Budyo Qlimt” (Norveç)
İlk oyun – 0:2
Qeyd edək ki, yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.