Avropa Liqası: “Mançester Yunayted” və “Tottenhem” yarımfinalda
UEFA Avropa Liqasında 1/4 final mərhələsi başa çatıb.
Msport.az xəbər verir ki, mərhələnin cavab oyunlarından sonra yarımfinalçılar müəyyənləşib.
“Mançester Yunayted” səfərdə bərabərə qaldığı “Lion”u cavab matçında minimal fərqlə məğlub edərək, yoluna davam edib.
İngiltərənin digər təmsilçisi “Tottenhem” isə “Ayntraxt”ı üstələyib.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab görüşləri
“Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya) 2:0
İlk oyun – 0:0
“Mançester Yunayted” (İngiltərə) – “Lion” (Fransa) 5:4
İlk oyun – 2:2
“Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə) 0:1
İlk oyun – 1:1
“Latsio” (İtaliya) – “Budyo Qlimt” (Norveç) 3:1 (penaltilər 2:3)
İlk oyun – 0:2
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinə mayın 1-də start veriləcək. Final yolunda “Tottenhem” “Bodo Qlimt”lə, “Atletik” isə “Mançester Yunayted”lə qarşılaşacaq.