Paytaxt klubunda ciddi itki
“Tottenhem”in vingeri Savinyo zədələnib və bir neçə həftə komandasına kömək edə bilməyəcək.
Msport.az xəbər verir ki, braziliyalı futbolçu “İpsviç”lə oyunda zədələnib.
Oktyabrın 10-dan sonra ilk dəfə meydana çıxan 22 yaşlı oyunçu ikinci hissədə əvəzlənməsinə baxmayaraq, cəmi 20 dəqiqə sonra yenidən oyundan çıxıb. Savinyo “Tottenhem”in bu təqvim ilində keçirəcəyi son 7 matçı buraxa bilər.
Qeyd edək ki, futbolçu ötən yay “Mançester Siti”dən 85 milyon funt sterlinqə transfer olunub. O, London klubunda 7 oyuna çıxıb və 1 qol vurub.







