featured-image-60289

UEFA Avropa Liqasının Liqa mərhələsində “Qalatasaray” Kiyev “Dinamo”su (Ukrayna) ilə bərabərə qalıb.

Msport.az xəbər verir ki, VII turun açılış oyununda 3:3 hesablı məhsuldar heç-heçə qeydə alınıb.

“Ali Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan sahiblərinin heyətində Davinson Sançez (6), Abdülkerim Bardakçı (21) və Viktor Osimhen (53) fərqlənib. Qonaq komandanın heyətində isə Vladislav Vanat (45) və Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.

“Qalatasaray” 13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb. Bu mövsüm ilk xalını əldə edən “Dinamo” isə sonuncu – 36-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər