featured-image-84273

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv  yarışda 9-cu oyununda Vyetnamla qarşılaşıb. Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olub. Komandamız matçda 2:4 hesabı ilə uduzub.

 

Yığmamız bundan öncə Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.

 

Bənzər xəbərlər