featured-image-54989

UEFA Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına start verilib.

Msport.az xəbər verir ki, yeni formatda keçirilən Liqa mərhələsinin ilk oyun günündə 9 qarşılaşma baş tutub. Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən Türkiyə “Qalatasaray”ı doğma meydanda Yunanıstanın PAOK klubunu qəbul edib. Görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin maraqla gözlənilən oyunlarından biri də İngiltərədə baş tutub. “Mançester Yunayted” Niderlandın “Tvente” komandasını sınağa çəkib. Matç qollu heç-heçə ilə nəticələnib – 1:1.

UEFA Avropa Liqası

Liqa mərhələsi

I tur

“AZ Alkmaar” (Niderland) – “Elfsborq” (İsveç) – 3:2

“Budo-Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) – 3:2

“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) – 1:1

“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) – 3:1

“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) – 0:3

“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Praqa, Çexiya) – 0:2

“Midtüllann” (Danimarka) – “Hoffenhaym” (Almaniya) – 1:1

“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) – 1:1

“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) – 2:1

Qeyd edək ki, Liqa mərhələsində ilk turun digər 9 görüşü bu gün keçiriləcək.

Bənzər xəbərlər