featured-image-30785

Bu gün Avropa Liqasının final oyunu keçiriləcək. Msport.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” komandaları qarşılaşacaq.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da olacaq matçı ingiltərli Entoni Teylor idarə edəcək.

“Roma” tarixində ikinci dəfə Avroliqanın finalında mübarizə aparacaq. Sözügedən komanda 1991-ci ildə bu turnirin finalında İtaliyanın digər təmsilçisi “İnter”lə mübarizədən məğlub ayrılıb.

“Sevilya” isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gəlib.

Avropa Liqası
Final
31 may

23:00. Sevilya – Roma 1:1 (Penaltilər – 4:1)

Qol: Mançini, 55-  P.Dibala, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. “Puşkaş Arena”.

“Sevilya”: 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
Baş məşqçi: Xose Luis Mendilibar

“Roma”: 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Baş məşqçi: Joze Mourinyo

Bənzər xəbərlər