Avropa Liqası tarixinin bombardiri oldu
“Marsel”in futbolçusu Pyer-Emerik Obameyanq UEFA Avropa Liqası turnirinin bombardiri olub.
Msport.az xəbər verir ki, hücumçu buna Ukraynanın “Şaxtyor” klubuna 3:1 hesabı ilə qalib gəldikləri pley-off mərhələsinin cavab oyununda fərqlənməklə yiyələnib.
Bu, təcrübəli oyunçunun yarışdakı 31-ci qoludur.
Qabonlu forvard Radamel Falkaonu (30 qol) keçərək tarixə düşüb.







