Avropa Liqası: Yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR
Bu gün Avropa Liqasının 1/4 final mərhələsi başa çatacaq. Msport.az xəbər verir ki, dörd oyun keçiriləcək.
“Roma” səfərdə minimal hesabla məğlub olduğu “Feyenoord”u “Olimpiko” stadionunda qəbul edəcək.
“Yuventus” Lissabonda “Sportinq”in qonağı olacaq. Turin klubu ilk oyunda qalib gəldiyindən daha rahatdır.
“Mançester Yunayted”in işi daha çətindir. Erik ten Haqın komandası ilk oyunda heç-heçə (2:2) etdiyi “Sevilya” ilə səfərdə üz-üzə gələcək. “Bayer” Belçikada ” “Yunion”un qonağı olacaq.
Avropa Liqası
1/4 finalın cavab oyunları
20 aprel
23:00. Roma (İtaliya) – Feyenoord (Niderland)
İlk oyun – 0:1.
23:00. Yunion (Belçika) – Bayer (Almaniya)
İlk oyun – 1:1.
23:00. Sportinq (Portuqaliya) – Yuventus (İtaliya)
İlk oyun – 0:1.
23:00. Sevilya (İspaniya) – Mançester Yunayted (İngiltərə)
İlk oyun – 2:2.







