featured-image-45124

UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Bu raundda İtaliya dueli olacaq. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer”in də növbəti rəqibi bəlli olub.

1/4 final:

“Milan” (İtaliya) – “Roma” (İtaliya)

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə)

“Benfika” (Portuqaliya) – “Marsel” (Fransa)

Yarımfinal:

“Benfika” – “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi

“Milan” – “Roma” cütünün qalibi / “Bayer ” – “Vest Hem” cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.

Bənzər xəbərlər