Avropa Liqasında 18 oyun
Bu gün Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
Msport.az xəbər verir ki, sonuncu turun matçları eyni vaxtda keçiriləcək.
VIII tur çərçivəsində baş tutacaq 18 qarşılaşmadan sonra 1/8 final və pley-offa vəsiqə sahiblərinin tam siyahısı bəlli olacaq.
Azərbaycan çempionu “Qarabağ” Yunanıstanda “Olimpiakos”la qarşılaşacaq. Türkiyə klubları səfərdə oynayacaq. “Qalatasaray” “Ayaks”ın, “Beşiktaş” “Tvente”nin, “Fənərbaxça” “Midtyulland”ın qonağı olacaq.
Avropa Liqası
Liqa mərhələsi
VIII tur
30 yanvar
00:00. “Roma” – “Ayntraxt”
00:00. “Ayaks” – “Qalatasaray”
00:00. “Reyncers” – “Yunion”
00:00. “Tottenhem” – “Elfsborq”
00:00. “Slaviya” – “Malmö”
00:00. “Real Sosyedad” – PAOK
00:00. “Braqa” – “Latsio”
00:00. “Olimpiakos” – “Qarabağ”
00:00. “Lion” – “Lüdoqorets”
00:00. “Makkabi” TƏ – “Porto”
00:00. “Ferensvaroş” – “Alkmaar”
00:00. “Dinamo” K – RFS
00:00. “Midtyulland” – “Fənərbaxça”
00:00. “Atletik” – “Viktoriya”
00:00. “Nitsa” – “Bodo Qlimt”
00:00. “Anderlext” – “Hoffenhaym”
00:00. “Tvente” – “Beşiktaş”
00:00. FCSB – “Mançester Yunayted”