Avropa Liqasında V turun oyunları
Avropa Liqasında Liqa mərhələsinin V turunun matçları keçiriləcək.
Msport.az xəbər verir ki, mərhələnin ikinci yarısının ilk oyun günündə 18 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” “Lion”u qəbul edəcək. Türkiyənin üç klubu da meydana çıxacaq. “Qalatasaray” Niderlandda “Alkmaar”ın, “Fənərbaxça” Çexiyada “Slaviya”nın qonağı olacaq. “Beşiktaş” isə “Makkabi” ilə ev oyununu ölkədən kənarda keçirəcək.
Turnirin lideri “Latsio” “Lüdoqorets”i qəbul edəcək. “Qarabağ”ın növbəti rəqibi “Elfsborq” İspaniyada “Atletik”lə qarşılaşacaq.
Qeyd edək ki, növbəti turun görüşləri dekabrın 11-12-də baş tutacaq.
Avropa Liqası
Liqa mərhələsi, V tur
28 noyabr
21:45. “Atletik” – “Elfsborq”
21:45. “Alkmaar” – “Qalatasaray”
21:45. “Beşiktaş” – “Makkabi” T-Ə
21:45. “Dinamo” K – “Viktoriya”
21:45. RFS – PAOK
21:45. “Qarabağ” – “Lion”
21:45. “Anderlext” – “Porto”
21:45. “Latsio” – “Lüdoqorets”
00:00. “Midtyulland” – “Ayntraxt”
00:00. “Tvente” – “Yunion”
00:00. “Ferentsvaroş” – “Malmö”
00:00. FCSB – “Olimpiakos”
00:00. “Mançester Yunayted” – “Bodo Qlimt”
00:00. “Nitsa” – “Reyncers”
00:00. “Real Sosyedad” – “Ayaks”
00:00. “Braqa” – “Hoffenhaym”
00:00. “Slaviya” – “Fənərbaxça”
00:00. “Tottenhem” – “Roma”