Avropa Liqasından kənarda qalsaq, bu böyük məyusluq yaradacaq" - Xavi
“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqasının 1\16 final mərhələsinin “Mançester Yunayted”lə cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis Avroliqa və ya La Liqa arasında seçim etmədiklərini bildirib:
“Mançester Yunayted” Avropanın ən güclü komandalarından biridir. Bizi ağır oyun gözləyir. Bu son illərin ən yaxşı “Yunayted”dir.
Mən nədənsə imtina edə bilmərəm. Biz “Barselona”yıq. Bura seçim etmək üçün gəlməmişik. Avropa Liqasından kənarda qalsaq, bu böyük məyusluq yaradacaq”.
Xatırladaq ki, İspaniyada keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatmışdı.
ANAR ABDULLAYEV







