featured-image-40504

İspaniyanın “Barselona” klubu heyətini gənc futbolçu ilə gücləndirmək niyyətindədir.

Msport.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İsveçin “Yurqorden” klubunda çıxış edən Lukas Berqvalla maraqlanır.

17 yaşlı yarımmüdafiəçi İtaliya “İnter”inin və İngiltərənin “Mançester Yunayted” klubunun da gündəmindədir.

Lakin isveçli oyunçu “Barselona”da çıxış etmək istəyir və yanvarda İspaniya çempionundan təklif gözləyir.

Qeyd edək ki, Lukas Berqvall başa çatan mövsümdə 29 oyun keçirib, üç qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatmalıdır. “Yurqorden”də Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı da çıxış edir.

Bənzər xəbərlər