featured-image-82429

“Ştutqart”ın və Almaniyanın U-21 millisinin müdafiəçisi Finn Jelç Avropanın bir sıra top-klublarının diqqətini cəlb edib.

Msport.az xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” “Bavaiya” və “Yuventus” maraqlıdır.

“Ştutqart” isə Jelçin satışından təxminən 50 milyon avro qazanmaq istəyir.

Almaniyalı futbolçu cari mövsümdə Bundesliqada iki oyunda meydana çıxıb, bir məhsuldar ötürmə verib. Onun “Ştutqart”la müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir. Müdafiəçinin hazırkı bazar dəyəri isə 35 milyon avro qiymətləndirilir.

Bənzər xəbərlər