featured-image-54682

Meyson Qrinvud tezliklə “Marsel”dən ayrıla bilər.

Msport.az xəbər verir ki, Fransa klubunda göstərdiyi performans sayəsində Avropanın nəhəng klubları onunla yaxından maraqlanır.

İspaniyanın “Real Madrid” və “Barselona”, Almaniyanın “Bavariya” və Fransanın PSJ klubları 22 yaşlı ingilis vingerin çıxışını diqqətlə izləyir.

Klublar qış “transfer pəncərəsi”ndə onu heyətinə qatmaq niyyətindədir.

Xatırladaq ki, “Marsel” Qrinvudu mövsümün əvvəlində “Mançester Yunayted”dən transfer edib. O, Fransız klubunun heyətində keçirdiyi 4 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. İngiltərə millisinin keçmiş üzvünün hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər