Avropa və dünyanın rəmzi yığmaları açıqlanıb
Məşhur onlayn idman nəşri “The Athletic” Avropanın və dünyanın rəmzi yığmalarını açıqlayıb.
Msport.az xəbər verir ki, milli komandalara siyahıdakı hər ölkədən maksimum bir futbolçu daxil edilib.
“Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya dünya yığmasına seçilib. “The Athletic”in müəllifləri bunu Gürcüstanın transkontinental ölkə olması və Avropa yığmasında hücumun sol cinahında fransalı Kilian Mbappenin yer alması ilə izah ediblər.
Avropa yığması
Qapıçı: Canluici Donnarumma (İtaliya, PSJ)
Müdafiəçilər: Joau Kanselu (Portuqaliya, “Bavariya”), Vircil van Deyk (Niderland, “Liverpul”), Yoşko Qvardiol (Xorvatiya, “Leyptsiq”), Aleksandr Zinçenko (Ukrayna, “Arsenal”).
Yarımmüdafiəçilər: Rodri (İspaniya, “Mançester Siti”), Camal Musiala (Almaniya, “Bayern Münhen”), Kevin De Bruyne (Belçika, “Mançester Siti”).
Hücumçular: Bukayo Saka (İngiltərə, “Arsenal”), Erlinq Holann (Norveç, “Mançester Siti”), Kilian Mbappe (Fransa, PSJ).
Dünya yığması
Qapıçı: Andre Onana (Kamerun, “İnter”)
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş, PSJ), Edmond Tapsoba (Burkina Faso, “Bayer Leverkusen”), Kim Min Je (Cənubi Koreya, “Napoli”), Alfonso Deyvis (Kanada, “Bayern Münhen”)
Yarımmüdafiəçilər: Kazemiro (Braziliya, “Mançester Yunayted”), Federiko Valverde (Uruqvay, “Real Madrid”), Moyzes Kaysedo (Ekvador, “Brayton”), Xviça Kvaratsxeliya (Gürcüstan, Napoli).
Hücumçular: Lionel Messi (Argentina, PSJ), Viktor Osimhen (Nigeriya, “Napoli”).
Cahid







