featured-image-68725

Harri Keyn Almaniya Bundesliqasının I turu çərçivəsində “Leypsiq”ə qarşı oyunda (6:0) het-trik edib.

Msport.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Almaniya çempionatında ümumilikdə 64 oyunda 65 qol vurub.

Bu, ingiltərəli futbolçunun Münhen klubuna keçdiyi 2023-24 mövsümündən bəri Avropanın aparıcı 5 liqasında ən yaxşı göstəricidir. Keynin ən yaxın izləyicisinin həmin dövr ərzində 59 qolu var.

Həmçinin Keyn Bundesliqada 8-ci het-trikinə imza atıb – bu onun “Tottenhem”də Premyer Liqada keçirdiyi 10 mövsüm ərzində etdiyi het-triklərin sayı ilə eynidir.

Bənzər xəbərlər