featured-image-21445

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada gənc futbolçulardan ibarət 2022-ci ilin rəmzi komandasını açıqlayıb.

Msport.az xəbər verir ki, ilin simvolik “11-liy”ində 20 yaşı hələ tamam olmayan oyunçular salınıb.

Heyətdə ən çox futbolçu ilə İspaniya təmsil olunub. “Barselona”nın 3 üzvü rəmzi komandaya düşüb.

Qapıçı: Qavin Bazunu (İrlandiya, “Sauthempton”);

Müdafiəçilər: Antonio Silva (Portuqaliya, “Benfika”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendes (Portuqaliya, PSJ);

Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya, “Barselona”), Cud Bellingem (İngiltərə, “Borussiya”, Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”);

Hücumçular: Camal Musiala (Almaniya, “Bayern”), Kərim Adeyemi (Almaniya, “Borussiya”, Dortmund), Ansu Fati (İspaniya, “Barselona”).

Bənzər xəbərlər