featured-image-42239

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

Msport.az xəbər verir ki, ötən gün B və C qruplarında növbəti qarşılaşmalar keçirilib.

B qrupunda turnirin favoritlərindən sayılan Avstraliya millisi ikinci oyununda da qalib gəlib. Onlar bu dəfə Suriyanı məğlub ediblər – 1:0. Qrupun digər qarşılaşmasında isə Özbəkistan yığması Hindistan seçməsinə 3 cavabsız qolla qalib gəlib.

C qrupunda bir görüş keçirilib. Fələstin və Birləşmiş Ərəb Əmirliklərinin üz-üzə gəldiyi matç 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.

Bənzər xəbərlər