featured-image-24427

Avstriya millisi Azərbaycanla AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi daha bir itki ilə üzləşib.

Msport.az xəbər verir ki, yığmanın aparıcı üzvlərindən Ksaver Şlager sıradan çıxıb. 26 yaşlı yarımmüdafiəçi səfərdə Dortmund “Borussiya”sına 1:2 hesabı ilə məğlub olduqları Bundesliqanın XXIII tur görüşündə topuğndan xəsarət alıb.

Cərrahi müdaxiləyə ehtiyac duyan oyunçu üçün cari mövsüm vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.

CAHİD

Bənzər xəbərlər