Avstriyanın ən populyar oyunçusu millimizlə görüşü buraxacaq
“Real”ın və Avstriya millisinin üzvü David Alaba bir aylıq sıradan çıxıb.
Msport.az xəbər verir ki, müdafiəçi Çempionlar Liqasının 1\8 finalında “Liverpul”la ilk oyunda zədələnib. Alaba 27-ci dəqiqədə əvəzlənmişdi.
30 yaşlı futbolçunun bərpa müddəti təxminən 1 ay çəkəcək. Bu isə o deməkdir ki, Alaba Avstriya seçməsinin martın 24-də millimizlə AÇ-2024-ün seçmə oyununda forma geyinməyəcək.
O, fevralın 25-də “Atletiko” və martın 2-də “Barselona” ilə görüşlərdə “Real”a da kömək edə bilməyəcək.
ANAR ABDULLAYEV







