featured-image-65105

İspaniya La Liqasının 36-cı turu çərçivəsində keçirilən “Espanyol” – “Barselona” oyunundan əvvəl stadion həndəvərində bir avtomobil azarkeşlərin olduğu izdihamın içinə girib.

Msport.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində “Espanyol” azarkeşləri arasında xəsarət alanlar var.

Lakin ciddi yaralanmaların qarşısı alınıb. Hadisə yerinə 7 təcili tibbi yardım maşını cəlb olunub və yaralılara yardım göstərilib. Polis hadisənin qəza nəticəsində baş verdiyi, sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirdiyi ehtimalını araşdırır.

Qeyd edək ki, “Barselona” 2:0 hesablı qələbə qazanaraq, sona 2 tur qalmış çempionluğu təmin edib.

Bənzər xəbərlər