featured-image-28717

Kriştiano Ronaldonun xanımı Corcinya Rodriges ayrılacaqları barədə yayılan şaiyələrə münasibət bildirib. Msport.az xəbər verir ki, məşhur model sosial şəbəkədə özləri haqqında yaylan xəbərləri təkzib edib. O, paylaşımında Romeo Santosun “Si yo muero” mahnısının sözlərindən istifadə edib:

“Paxıl insanlar şaiyələri uydururlar,  araqarışdıranlar dedi-qoduları yayırlar. Axmaqlar isə buna inanırlar”.

Qeyd edək ki, bir müddət əvvəl KİV-də Ronaldonun adından Corcinyanın ticarət mərkəzlərində həddən artıq çox vaxt keçirməsi və böyük pullar xərcləməsi ilə bağlı xəbərlər dərc olunmuşdu.

Corcinya ilə Ronaldonun bir neçə övladları olsa da, onlar hələ də rəsmi nigahda deyillər.

ANAR

Bənzər xəbərlər