“Ayaks” “Ayntraxt”ın qapıçısını transfer etdi
Frankfurt “Ayntraxt”ının qapıçısı Ramay Diant karyerasını Niderlandda davam etdirəcək.
Msport.az xəbər verir ki, 21 yaşlı futbolçu “Ayaks”a keçib. Transfer məbləği 8 milyon avrodur. Diantla 30 iyun 2028-ci ilə qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, Ramay Diant 2021-ci ilin iyulundan “Ayntraxt Frankfurt”da çıxış edirdi. O, ümumilikdə Bundesliqada 2 oyun keçirib və 2 qol buraxıb.
Royal Türksoy







