featured-image-48057

Niderlandın “Ayaks” klubu Fransa təmsilçisi “Nitsa”nın baş məşqçisi Françesko Farioli ilə anlaşıb.

Msport.az-ın “The Telegraph”a istinadən məlumatına görə, 35 yaşlı italyan mütəxəssis növbəti mövsümdən Amsterdam klubuna rəhbərlik etməyə razılıq verib.

Lakin “Ayaks” hələ də “Nitsa” ilə anlaşma əldə edə bilməyib.

Qeyd edək ki, hazırda “Ayaks”ın baş məşqçi postunu Con vant Sxip tutur. Son mövsümü uğursuz keçirən Amsterdam klubu Erediviziyada beşinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər