featured-image-60504

“Tvente”nin yarımmüdafiəçisi Yuri Regeer “Ayaks”a keçib.

Msport.az xəbər verir ki, bu barədə Amsterdam klubunun rəsmi saytı məlumat yayıb.

Transfer 4,5 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2029-cu il tarixinədək imzalanıb.

Qeyd edək ki, 21 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisi “Ayaks”ın yetirməsidir. Amsterdamlılar onu 2023-cü ilin yayında 900 min avroya “Tvente”yə satmışdı.

Yuri Regeer “Tvente”də ümumilikdə 65 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər