featured-image-19983

“Ayaks”ın müdafiəçisi Lisandro Maqalyan Niderland klubundan ayrılıb.

Msport.az xəbər verir ki, o, bundan sonra İspaniya La Liqasında mübarizə aparan “Elçe”nin uğurları üçün mübarizə aparacaq.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Maqalyan yeni klubu ilə azad agent kimi müqavilə bağlayıb.

Maqalyan 2019-cu ildən “Ayaks”da çıxış etsə də, Niderland klubunda möhkəmlənə bilməyib. 29 yaşlı futbolçu Amsterdam təmsilçisində cəmi 9 oyuna çıxıb. Bu üzdən də argentinalı müdafiəçi daha öncə “Alaves”, “Krotone” və “Anderlext” kimi klublarda icarədə oynayıb.

Bənzər xəbərlər