“Ayaks”ın yeni baş mışqçisi məlum oldu
Ötənlərin tanınmış futbolçusu Con Heytinqa “Ayaks”ın baş məşqçisi təyin olunub.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə Amsterdam təmsilçisi ona müvəqqəti şans versə də, indi mövsümün sonuna kimi müqavilə bağlayıb.
2022-ci ildə Heytinqa “Ayaks”ın gənclər komandasının baş məşqçisi olarkən 3 illik anlaşmaya imza atmışdı, Onun klubla müqaviləsi qüvvədə qalır, sadəcə indi əsas komandaya rəhbərlik edəcək.
Heytinqa “Ayaks”ın yetirməsi hesab olunur. O, “Atletiko”, “Everton”, “Fulhem” və “Herta” klublarında da çıxış edib.
Heytinqa Niderland millisinin heyətində AÇ-2004-ün bürünc, DÇ-2010-nun isə gümüş mükafatçısı olub.
ANAR ABDULLAYEV







