featured-image-67132

İngiltərəli yarımmüdafiəçi Cordan Henderson kapitanı olduğu “Ayaks”dan ayrılıb.

Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Henderson 2024-cü ilin əvvəlindən “Ayaks”da çıxış edirdi. O, keçirdiyi 57 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi əvvəllər İngilətərənin “Liverpul”, “Sanderlend” və “Koventri”, Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klublarında çıxış edib.

Bənzər xəbərlər