featured-image-19941

Deyli Blind karyerasını “Bayern Münhen”də davam etdirəcək.

Msport.az “De Telegraaf”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bu gün səhər saatlarında müqavilə bağlamaq üçün Almaniyaya yollanıb.

Niderlandlı müdafiəçi dekabrın sonunda “Ayaks”la müqaviləsinin pozulmasını istəmişdi.

Blind dünya çempionatında zədələnib ən azı 2023-cü ilin sentyabrına kimi sıradan çıxmış Lukas Ernandesi əvəzləyə bilər.

O, Amsterdam klubunun heyətində cari mövsümdə bütün turnirlərdə 19 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. Niderlandlı futbolçu əvəllər “Mançester Yunayted”də çıxış edib.

 

Bənzər xəbərlər