featured-image-31586

“Ayaks”ın yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, bu barədə Amsterdam klubunun rəsmi saytı məlumat yayıb.

Rotterdam “Sparta”sının sabiq baş məşqçisi Moris Steyn bundan sonra “Ayaks”ı çalışdıracaq. 46 yaşlı mütəxəssis 2026-cı ilin iyununa kimi nəzərdə tutulan müqaviləyə imza atıb.

Steyn “Ayaks”da Con Heytinqanı əvəzləyib. O, “Sparta”nı 2022-ci ilin aprelindən çalışdırırdı. Komanda ötən mövsüm onun rəhbərliyi altında çempionatda 6-cı yeri tutub.

Qeyd edək ki, “Ayaks” 2022-2023 mövsümündə 3-cü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

ANAR 

 

Bənzər xəbərlər